FIFA DÇ-2022-nin seçmə oyunlarını təxirə salmağa dəvət etdi | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


FIFA DÇ-2022-nin seçmə oyunlarını təxirə salmağa dəvət etdi

İdman A- A A+

FIFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası və 2023-cü ildə Asiya Kubokunun seçmə mərhələləri ilə əlaqədar milli assosiasiyalara rəsmi təklif göndərməyi qərara alıb. 

"EDNews" Report -a istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Məsələ FIFA və AFC nümayəndələrinin görüşündə müzakirə edilib. Bildirilib ki, FIFA və AFC, milli assosiasiyalarla məsləhətləşmədən sonra yaxın günlərdə bu matçlar barədə ətraflı məlumat verəcək: "Ümumdünya Səhiyyə Təşkilatı, konfederasiyalar və üzv assosiasiyalarla birlikdə koronavirusun yayılmasını izləməyə davam edəcəyik".

Qeyd edək ki, DÇ-2022-nin Asiya zonası üzrə təsnifat mərhələsi oktyabrda başlayacaq. Mundial 21 noyabr - 18 dekabr 2022-ci ildə Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...