AFFA liqalardakı təxirəsalmanı uzatdı | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


AFFA liqalardakı təxirəsalmanı uzatdı

İdman A- A A+

AFFA-nın təşkilatçılığı ilə keçirilən oyunlarının təxirə salınması müddəti martın 27-dək uzadılıb.

"EDNews"-un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinə şamil olunub.

Səbəb kimi bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarın qüvvədə olma müddətinin martın 27-dək uzadılması göstərilib.

Qeyd edək ki, AFFA liqalarda oyunların təxirə salındığına dair ilk qərarlarını martın 3-də və 5-də açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...