Ağır atletika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.
"EDNews" apasport.aza istinadən xəbər verir ki, Avropa Ağır Atletika Federasiyası aprelin 2-12-də Rusiyanın paytaxtı Moskvada keçirilməli olan qitə birinciliyinin vaxtının dəyişdirilməsinə qərar verib.
Yarış koronavirus səbəbindən iyunun 13-21-də təşkil olunacaq.