Tokio olimpiadasının məşəli alovlandırıldı - FOTOLAR | Eurasia Diary - ednews.net

9 May,


Tokio olimpiadasının məşəli alovlandırıldı - FOTOLAR

İdman A- A A+

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi keçirilib.

EDNews-un məlumatına görə, "Tokio 2020" Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın paytaxtı Afinadakı tarixi Olimpiya bölgəsində alovlandırılıb. 

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Yunanıstanın prezidenti Prokopis Pavlopulos və digər rəsmi şəxslər iştirak edib. Tədbir ilk dəfə olaraq azarkeşsiz baş tutub. 

İlk olaraq Olimpiya bayrağı dalğalandırılıb və olimpiya himni səsləndirilib. Daha sonra müvafiq olaraq Yaponiyanın və Yunanıstanın bayraqları təqdim olunub və ölkələrin dövlət himnləri səsləndirilib.

Yunanıstanda 3 200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək.

Qeyd edək ki, iyulun 24-də start götürməsi planlaşdırılan XXXII Yay Olimpiya Oyunları avqustun 9-da başa çatacaq.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...