İngiltərənin "Çelsi” klubunun futbolçusu Mayson Maunt koronavirusla bağlı karantini pozub.
EDNews Mirror-a istinadənxəbər verir ki, bu səbəbdən ona pul cəzası verilib.
Məlumatlara görə, "Çelsi” klubunun rəhbərliyi futbolçulara evlərini tərk etməyə qadağa qoyub. Buna baxmayaraq, martın 15-də Maunt "Vest Hem”li həmkarı Deklan Raysla Londonun Trent-Park idman mərkəzində futbol oynayıb. Klub tərəfindən Maysona xəbərdarlıq edilib və o, cərimə ödəməli olub.
Qeyd edək ki, martın 13-də koronavirusepidemiyasına görə İngiltərə Premyer Liqasının bütün oyunları dayandırılıb.