Şahmat üzrə Avropa çempionatı təxirə salınıb.
"EDNews" apasport.az-a istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
Mayın 18-29-da təşkil olunmalı yarış Sloveniyada keçirilməli idi. Lakin Avropa Şahmat İttifaqı (ECU) yarışı dekabrın 8-21-də təşkil olunmasına qərar verib.