İspaniyanın “Atletiko Madrid” futbol klubunun aşağı yaş qruplarında çıxış edən 14 yaşlı oyunçusu Kristian Minkola ölüb.
EdNews xəbər verir ki, K.Minkola ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, gənc futbolçu aşağı yaş qruplarında 50 qola imza atıb. Onun ölümü ilə klub rəhbərliyindən tutmuş futbolçulara kimi hər kəsi kədərləndirib.