UEFA çempionatların bərpası ilə bağlı 3 təklif irəli sürəcək | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


UEFA çempionatların bərpası ilə bağlı 3 təklif irəli sürəcək

İdman A- A A+

UEFA milli çempionatların bərpa tarixi ilə bağlı bir neçə variant üzərində işləyir.

EdNews  "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, quruma üzv olan 55 milli assosiasiya ilə 1 aprel videokonfransında 3 təklifin irəli sürüləcəyi gözlənilir.

Bunlardan birincisi çempionatların mayın ortasında start götürməsidir. Bu plan baş tutmayacağı halda, bərpa müddəti mayın sonuna qədər uzadılacaq. Üçüncü təklif isə liqaları iyunun ortasında başlatmaqdan ibarətdir.

UEFA-nın milli çempionatları başa çatdırmaq üçün avrokubokların formatında dəyişikliyə gedə biləcəyi və finala çıxmaq üçün oyunların sayını azaldacağı da istisna olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...