Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar maaşının azaldılmasını istəyir.
O, pandemiyanın yaratdığı ciddi çətinliklərlə əlaqədar klubundan məvacinin azaldılmasını tələb edib.
EdNews xəbər verir ki, bu barədə klub prezidenti Qabriel Pelleqrino məlumat verib. O, Maradona ilə mövcud vəziyyəti müzakirə etdiklərini, baş məşqçinin ondan maaşının azaldılmasını istədiyini söyləyib.
Pelleqrino, Argentina futbolunun canlı əfsanəsi ilə müqavilənin müddətinin avqust ayında başa çatacağını, lakin buna görə narahat olmadıqlarını da bəyan edib. Onun sözlərinə görə, Maradonanın klubda qalacağına, yəni müqavilə müddətini uzadacaqlarına şübhə etmirlər.