Londonun "Tottenhem” futbol klubunun prezidenti Deniel Levi əməkdaşlarını öz evində işləməyə göndərəcək.
EdNews "The Telegraph”-a istinadən xəbər verir ki, Levi onların maaşını şəxsi vəsaitlərindən ödəyəcək.
Qeyd etmək lazımdır ki, əməkdaşların məvacibləri olduğu kimi qalacaq.
Onların nə iş görəcəyi barədə məlumat verilmir.