Çempionlar Liqasının qrup mərhələsinin gələn mövsümünün matçları oktyabrın 20-dən tez başlamayacaq.
EDNews.net xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) planları haqqında “Football Italia” portalı məlumat verir.
Nəşrin mənbəyi bildirir ki, koronavirus pandemiyasına görə yarımçıq qalan 2019/20 avrokuboklarının matçları Milli çempionatlar başa çatdıqdan sonra başlayacaq, Çempionlar Liqasının 1/8 finalının qalan oyunları avqustun 7 və 8-də keçiriləcək. Növbəti iki həftə ərzində 1/4 final və yarımfinal mərhələsinin oyunları keçiriləcək, final isə avqustun 29-da baş tutacaq.
Hal-hazırda 1/4 finalın bir neçə iştirakçısı artıq müəyyən edilib: “Pari Sen-Jermen” (Fransa), “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya).
Həmçinin avqustun 2 və 3-də Avropa Liqasının 1/8 final mərhələsinin oyunları bərpa olunacaq, final isə avqustun 27-də keçiriləcək.