Avro-2020-nin adı ilə bağlı qərar verilib.
EDNews.net xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, gələn il keçiriləcək çempionatın adı Avro-2020 olaraq qalacaq. UEFA Avropa çempionatının 60 illiyi səbəbindən (1960-2020) yarışın adının dəyişdirilməməsi ilə bağlı yekun qərara gəlib.
Qeyd edək ki, Avro-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək.(axar.az)