"Barselona"nın müdafiəçisi Samuel Umtiti klubunu dəyişə bilər.
EDNews.net goal.az-a istinadən xəbər verir ki, fransalı müdafiəçisi "Napoli"yə keçə bilər. Neapol təmsilçisi Kalidu Kulibalini satdıqdan sonra Umtitini transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Umtiti cari mövsüm ərzində 16 oyunda iştirak edib.