Ərsun Yanalla yollarını ayırdıqdan bəri baş məşqçi axtarışında olan "Fənərbaxça" yeni çalışdırıcısını müəyyənləşdirib.
EDNews.net-in məlumatına görə, Türkiyə klubu Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısı Nenad Belitsa ilə danışıqlara başlayıb.
Mirça Luçesku, Abdullah Avcı, Eusebio Di Françesko kimi mütəxəssislərin adlarını siyahıdan silən rəhbərlik bütün diqqətlərini xorvatiyalı çalışdırıcıya yönəldib. Hazırda işsiz olan 49 yaşlı məşqçi özü də bunu təsdiqləyib: "Fənərbaxça" ilə danışığımız olub. Hələ dəqiqləşən bir şey yoxdur. Görüşlər davam edir".
Ardıcıl iki il Zaqreb "Dinamo"sunu ölkə çempionu edən Belitsanın komandası cari mövsüm də 18 xallıq fərqlə lider mövqeyində idi. Lakin rəhbərlik ondan icazəsiz koronavirus pandemiyası ilə əlaqədar futbolçuların və məşqçilər korpusunun maaşlarını azaldınca çalışdırıcı istefa verib.(apasport.az)