Su idman növləri üzrə XIX dünya çempionatı təxirə salınıb.
EDNews.net-in məlumatına görə, bu barədə qərarı Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) verib.
2021-ci il iyunun 16-dan iyulun 1-dək Yaponiyanın Fukuoka şəhərində təşkil olunmalı yarış bir il sonra baş tutacaq.
Çempionat mayın 13-29-da keçiriləcək.
Buna səbəb koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsidir. Yaponiya paytaxtındakı bu mötəbər yarışı iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq. (apasport)