İspaniya La Liqası derbi ilə bərpa olunacaq | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


İspaniya La Liqası derbi ilə bərpa olunacaq

İdman A- A A+

Koronavirus pandemiyası üzündən dayandırılan İspaniya çempionatı iyunun 12-də bərpa olunacaq.

EDNews.net-in məlumatına görə, La Liqanın bərpadan sonrakı ilk matçı da müəyyənləşib.

Çempionatın yenilənmiş təqvimində növbəti matç Sevilya derbisi olacaq. “Sevilya” və “Betis” La Liqanın bərpasını rəsmiləşdirən matçda münasibətlərini aydınlaşdıracaq. Digər qarşılaşmaların təqvimi mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, hazırda “Sevilya” turnir cədvəlində 3-cü, “Betis” 12-cidir.(apasport)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...