İngiltərədə daha 2 futbolçuda koronavirus aşkarlandı | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


İngiltərədə daha 2 futbolçuda koronavirus aşkarlandı

İdman A- A A+

İngiltərə Premyer Liqasının komandalarında çıxış edən iki futbolçu koronavirusa yoluxub.

EDNews.net  xəbər verir ki, bu barədə "Sky Sports" bildirib.

Qeyd edilir ki, virusa yoluxma halı testlərin ikinci raundundan sonra məlum olub. Koronavirusla bağlı ümumilikdə 996 tibbi analiz götürülüb.

İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.

Virusa yoluxanların adları adlanmır, amma qeyd edilir ki, onlar müxtəlif komandalarda çıxış edirlər. Həmin oyunçular bir həftə özünütəcrid şəraitində qalmağa məcbur ediləcək.

Premyer Liqada tibbi yoxlamanın birinci dalğasının gedişatında koronavirus altı nəfərdə aşkarlanıb.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...