Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi... | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi...

İdman A- A A+

Madridin "Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının ən yaxşı məşqçisi seçilib.

EDNews.net  "Championat”-a istinadən  xəbər verir ki, "Squawka” portalının tərtib etdiyi siyahıya fransalı futbol mütəxəssisi başçılıq edir.

Z.Zidan yeganə məşqçidir ki, Çempionlar Liqasının ardıcıl üç finalındaqələbə qazanmağa müvəffəq olub. Bu uğur 2016, 2017 və 2018-ci illərə təsadüf edib.

İkinci sırada ispaniyalı mütəxəssis Pep Qvardiola qərarlaşıb. Onun rəhbərliyi altında "Barselona” Çempionlar Liqasını iki dəfə (2009 və 2011-ci illər) Kataloniyaya aparıb.

İlk üçlüyü italiyalı Karlo Ançelotti qapadıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...