Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı bəlli olub | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı bəlli olub

İdman A- A A+

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı açıqlanıb.

EDNews.net-in məlumatına görə, İspaniyanın “Marka” nəşrinin səsvermə ilə müəyyənləşdirdiyi cədvəldə planetin 40 komandası yer alıb.

1 milyondan artıq azarkeşin səs verdiyi Mərakeş təmsilçisi “Raca” birinci yeri tutub. Misir klublarından “Əl-Əhli” ikinci, “Zamalek” üçüncü olub. Ən yaxşı Avropa klubu “Betis” siyahıda 5-ci yeri tutub.

Azərbaycan komandalarının düşmədiyi cədvəldə Türkiyəni iki klub təmsil edib. “Qalatasaray” 25-ci, “Fənərbaxça” 32-ci yerdə qərarlaşıb.

1. Raca (Mərakeş)
2. Əl-Əhli (Misir)
3. Zamalek (Misir)
4. Flamenqo (Braziliya)
5. Betis (İspaniya)
6. Liverpul (İngiltərə)
7. Esperans (Tunis)
8. Real (İspaniya)
9. Borussiya D (Almaniya)
10. Atletiko (İspaniya)
11. Barselona (İspaniya)
12. Atletik (İspaniya)
13. Boka Xuniors (Argentina)
14. Sevilya (İspaniya)
15. Kolo-Kolo (Çili)
16. Palmeyras (Braziliya)
17. Persepolis (İran)
18. River Pleyt (Argentina)
19. Valensiya (İspaniya)
20. Vidad (Mərakeş)
21. Seltik (Şotlandiya)
22. Napoli (İtaliya)
23. Korintians (Braziliya)
24. Milan (İtaliya)
25. Qalatasaray (Türkiyə)
26. Penyarol (Uruqvay)
27. Tiqres (Meksika)
28. Olimpiakos (Yunanıstan)
29. Şalke (Almaniya)
30. Milyonarios (Kolumbiya)
31. Ayntraxt (Almaniya)
32. Fənərbaxça (Türkiyə)
33. PSJ (Fransa)
34. Əl-Zaura (İraq)
35. Amerika (Meksika)
36. Mazembe (Konqo)
37. Nasyonal (Kolumbiya)
38. Qremio (Braziliya)
39. Nasyonal (Uruqvay)
40. Qvadalaxara (Meksika) (apasport)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...