İtaliya klubu Mario Balotelli ilə yollarını ayırır | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


İtaliya klubu Mario Balotelli ilə yollarını ayırır

İdman A- A A+

İtaliyanın "Breşiya" klubu mövsümün sonunda futbolçusu Mario Balotelli ilə yollarını ayıracaq. 

EDNews.net  xəbər verir ki, bu barədə klubun prezidenti Massimo Çellini "TeleLombardia"ya açıqlamasında məlumat verib.

O, 30 yaşlı hücumçunun qəribə insan olduğunu deyib. Çellini Balotellinin komandanı düşünmədiyini söyləyib: "B Seriyasına düşəcəyimiz təqdirdə avtomatik olaraq müqavilə ləğv ediləcək, futbolçu sərbəst agent olacaq. Balotelli ilə müqaviləni media üçün imzalamadıq. Həqiqətən, onun oyunumuza töhfə verəcəyinə inandıq, məyusuq". 

Qeyd edək ki, Mario Balotelli 2019-cu ilin avqustunda "Breşiya" ilə müqavilə imzalayıb. Komanda A Seriyasında 26 turdan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...