İtaliya çempionatında oyunlar bərpa olunur | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


İtaliya çempionatında oyunlar bərpa olunur

İdman A- A A+

Futbol üzrə İtaliya çempionatının 2019/20 mövsümünün qalan matçlarının təqvimi açıqlanıb.

EDNews.net  xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti xəbər yayıb.

İtaliya çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Mayın 28-də İtaliyanın İdman naziri Vinçenso Spadafora turnirin iyunun 20-də davam edəcəyini açıqlayıb.

İlk oyunlar iyunun 20-də keçiriləcək və həmin gün oyunları fevral və mart aylarına təxirə salınan komandalar oynayacaq. 27-ci tur 22-24 iyun tarixlərində keçiriləcək, sonra komandalar hər üç gündə bir oynayacaqlar. Final turu 23 iyulda başa çatacaq.

Ölkə birinciliyi üzrə turnir cədvəlinə 26 oyundan sonra 63 xal toplayan Turinin "Yuventus" klubu liderlik edir, ikinci yerdə Romanın "Lasio" (26 oyunda 62 xal), üçüncü yerdə isə Milanın" İnter" klubları (25 görüşdən sonra 54 xal) qərarlaşıblar. Daha əvvəl klublar komanda hazırlıq məşqlərini bərpa ediblər.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...