Dieqo Maradona vəfat edib | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Dieqo Maradona vəfat edib

İdman A- A A+

Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.

Eurasia Diary-nin məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında dünyasını dəyişib.

Cənubi amerikalının ölümünə ürək dayanması səbəb olub. 

Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb. Argentina millisinin kapitanı olan əfsanə 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.

Qeyd edək ki, karyerasını 1997-ci ildə “Boka Xuniors”da başa vuran Maradona “Tekstil Mandiyu”, “Rasinq”, Argentina millisi, “Əl-Vəsl”, “Əl-Fuceyra”, “Dorados” və “Ximnasiya və Esqrima” klublarını çalışdırıb.(Apasport.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...