Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub

İdman A- A A+

Argentinada üç günlük milli matəm elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Argentina hökuməti verib.

Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...