“Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm” - Teymur Rəcəbov | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


“Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm” - Teymur Rəcəbov

İdman A- A A+

“Matç ağır oldu”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə qalib gələn Teymur ardıcıl 3 heç-heçədən sonra 4-cü partiyada qələbə qazanıb. O, 3-cü görüşdəki çətinliyini gizlətməyib: “Bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada mən ağ fiqurlarla demək olar ki, düzgün oynamamışdım”.

Teymur oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala da aydınlıq gətirib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”.

Erməni şahmatçı da qarşılaşma barədə danışıb: “Əlbəttə, mən çox məyusam. Oyuna hazırlıq prosesində səhvə yol vermişdim”.

Aronyan finalın sabah keçiriləcək ikinci matçına ümidli olduğunu gizlətməyib: “Daha yaxşı oynamağa çalışacağam. Şansımı qaçırmaq istəmirəm. Planım belədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...