Rəcəbov məğlubiyyət tanımır - Prinsipial rəqiblə görüş | Eurasia Diary - ednews.net

18 Aprel,


Rəcəbov məğlubiyyət tanımır - Prinsipial rəqiblə görüş

İdman A- A A+

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

Eurasia Diary xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...