İspaniyanın "Barselona" futbol klubunun yeni prezidenti məlum olub.
Eurasia Diary xəbər verir ki, səsvermə zamanı 54.3% səslə Joan Laporta prezident seçilib.
Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə klubun prezidenti olub.
Qol.az saytının verdiyi mılumata görə, Laporta komandanın kapitanı Lionel Messi ilə bağlı açıqlama da verib.
"Biz gözəl bir ailəyik. Bu səmimiyyətin Messinin "Barselona"da qalmasına kömək edəcəyinə inanıram".
Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu ilin iyununa qədərdir.