Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gələrək 3-cü pilləni qazandı | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gələrək 3-cü pilləni qazandı

İdman A- A A+

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.

İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.

Qeyd edək ki, 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.

Çempionlar Turu: "New In Chess"

Final

21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)

İlk oyun - 3:1

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)

İlk oyun - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...