“Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula 1” Qran Prisində tamaşaçı olmayacaq”.
Eurasia Dairy xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından (BŞH) bildirilib.
Bildirilib ki, Bakıda keçiriləcək “Formula 1” yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq:
“Bu il koronavirus pandemiyası ilə bağlı əyləncə zonası olmadığına görə bulvarın bağlanmasına ehtiyac yoxdur”.
Qeyd edək ki, Azərbaycanda “Formula 1” Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.