AVRO-2020-nin mükafat fondu bəlli olub | Eurasia Diary - ednews.net

25 İyul,


AVRO-2020-nin mükafat fondu bəlli olub

İdman A- A A+

AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.

Eurasia Diary-nin məlumatına görə, 2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.

Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək.

24 komandanın hər biri iştirak üçün – 8 milyon
Qrupda hər oyunda qələbə – 860 min
Qrupda hər heç-heçə - 430 min
1/8 finalda iştirak – 1,29 milyon
1/4 finalda iştirak – 2,15 milyon
1/2 finalda iştirak – 3,44 milyon
Finalda məğlubiyyət - 4,03 milyon
Finalda qələbə - 6,88 milyon

Qeyd edək ki, bu gün start götürəcək AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...