Avro-2020-nin qrup mərhələsi davam edir.
Eurasia Diary xəbər verir ki, bu gün 2-ci turun daha üç oyunu keçiriləcək.
E qrupunda Slovakiya İsveçlə üz-üzə gələcək. İlk matçında Polşaya qalib gələn slovakiyalılar qələbə qazansa, 1/8 finala yüksələcək.
Digər iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşacaq. Çexlər qələbə qazansa, 1/8 finala keçəcəklər.
İngiltərənin bu gün qrupdan çıxmaq şansı var. Bunun üçün onlar Şotlandiyaya qalib gəlməlidir.
Qeyd edək ki, turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
18 iyun
Avro-2020
2-ci tur
E qrupu
17:00. İsveç - Slovakiya
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu
D qrupu
20:00. Xorvatiya - Çexiya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu