AVRO-2020-də qrup mərhələsinin III turu start götürüb.
Eurasia Diary-nin məlumatına görə, günün iki oyunundan biri Bakıda keçirilir.
A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşır. Sloveniyalı Slavko Vinçiçin start fiti ilə qarşılaşma başlayıb.
İlk iki görüşdə məğlub olan "ay-ulduzlular" növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.
Matçı FİFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridis stadiondan izləyir.
Qeyd edək ki, qrupun digər oyununda İtaliya ilə Uels komandaları Romada üz-üzə gəlir.
AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu
20:00. İtaliya – Uels
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu
20:00. Türkiyə - İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu