Bir qolu olmayan dünya çempionu "Nə yaxşı ki, bu cür doğulmuşam"

İdman 19:22 03.07.2021
"İdmana 2011-ci məktəbdə oxuyanda gəlmişəm. Heç həvəsim yox idi, ağlımın ucundan belə keçirmirdim ki, idmanla məşğul olaram. İdmanı ali məktəbə qəbul olmaq üçün seçdim. İlk nailiyyətim də elə 2011-ci ildə olub. Moskvada Avropa çempionatı keçirilirdi, orada 3-cü yerə nail oldum. 2012-ci ildə dünya çempionatında 2-ci, 2013-cü ildə keçirilən dünya çempionatında isə 1-ci yeri qazandım. Taekvando idman növü çox çətindir, düzdür, kənardan baxan hər kəsə asan görünə bilər. Ən əsası da bizim kimi insanlara çətindir, çünki balansı bir yerdə stabil saxlamaq lazımdır. Bizdə bildiyiniz kimi yarı hissəmiz olmadığına görə müqaviməti saxlamaqda bir az çətinlik çəkirik. Məşqlərin özündə də çətinlik olur, zədələrimiz çox olur. Amma buna baxmayaraq var gücümüzlə çalışırıq".
 
 
Bunu Moderator.az-a açıqlamasında paralimpiyaçı Röyalə Fətəliyeva deyib. O daha sonra əlavə edib.
 
"Əkiz olduğuma görə sol qolum inkişafdan qalıb, dirsəkdən aşağı yoxdur. Amma buna da min şükür. Müəllimim, həm də baş məşqçim Fərid zarafatca deyir ki, dəmir kimi qızsan (gülür). Amma buna baxmayaraq fiziki əngəlli olmağıma mənə həyatda heç nəyə əngəl yaratmayıb. Bəlkə də mənim yerimdə kim olsaydı uğurun bir addımlığından geri qayıdardı. Əngəli heç vaxt əngəl saymamışam, fəth edəcəyim zirvələri, qazanacağım uğurları düşünmüşəm. Amma nə yalan deyim, səhhətimə görə əvvəl kompleksli idim, idmana gələndən sonra həyatım tam dəyişdi, xoşbəxtin xoşbəxti oldum. Bəzən öz-özümə deyirəm ki, nə yaxşı ki, bu cür dünyaya gəlmişəm. Bəzən mənə deyirlər ki, ikinci dəfə dünyaya gəlsəydin bu sənəti seçərdin?Bunu bilmirəm. Amma bu dünyaya ikinci dəfə yenə də əlil, fiziki əngəlli kimi gəlməyi seçərdim. Çünki mən belə xoşbəxrəm. Bu tək əlimlə hər şeyə nail olmuşam, inşallah bundan sonra da olacağam. Bir dəfə heç vaxt yadımdan çıxmaz, barmağım sınmışdı, amma buna baxmayaraq döyüşdüm. O qədər ağladım ki, bu halımla döyüşdüm, niyə uduzdum? Amma heç vaxt çətinliklərdən qaçmamışam. Çətinliklər mənə mane olmayıb, əgər mane olsaydı indi Tokioda keçirilən olimpiya oyununda iştirak edə bilməzdim" deyə Röyalə Fətəliyeva deyib.
 
Röyalə çətin döyüşlərindən də danışıb.
 
 
"2019-cı ildə dünya çempionatı idi. İlk rəqibim Mərakeşli idi, onunla döyüşüb, 14:1 uddum. 2-ci rəqibim Meksikalı qız idi. Amma öncədən bilmirdim ki, kimlə döyüşəcəm. Məşq yoldaşım dedi ki, Röyalə, qız pişik kimidir, o qalib gələcək. Amma rinqə çıxanda pişik kimi qızı ev pişiyi edərək 7:5 uddum. Amma həqiqətən də qız sürətli idi və reytinqdə də 4-cü yerdə gedirdi. Ümumi götürəndə mənim bütün döyüşlərim çətin olub, çünki rəqiblərim ilk 4-lükdə olanlar olub. Amma şükür Allaha yaxşı nəticələr əldə etmişəm" deyə o bildirib.
 
"Ümumiyyətlə olubmu ki, hansısa rəfiqənizə oğlan sataşsın, gedib döyəsiz, yaxud söhbət xırdalayasız?" sualına isə Röyalə Fətəliyeva belə cavab verib.
 
 
"Döymək yox əsla, amma oğlanın üstünə getmişəm. Mənim yanımda olan qıza hansısa oğlan söz deyə bilməz. Çox təəssüflə deyəcəyəm bizim insanlar mənim kimi fiziki məhdudiyyətli bir insan görən kimi başlayırlar qulaqlarını çəkməyə, nəsə söz pıçıldamağa. İnan səmimi deyirəm, gedib dalaşmışam, bunlar ən çox orta yaşlı xanımlar olub. Belə hallar metroda daha çox olub,  1-2 dəfə yola vermişəm, sonra demişəm ki, nə var?Yaxşı baxmadın qoluma, buyur bax. Qolumu açan kimi şoka düşürlər, üzr istəyib gedirlər" deyə o bildirib.
 
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı