Futbol üzrə İtaliya millisi AVRO-2020-nin qalibi olub. Eurasia Diary xəbər verir ki, italiyalılar final matçında İngiltərə yığması üzərində qələbə çalıblar.
Londondakı "Uembli" stadionunda keçirilən matçın əsas hissəsi heç-heçə başa çatıb 1-1. İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. 67-ci dəqiqədə İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.
Niderlandlı referi Byorn Kuypersin əlavə etdiyi 30 dəqiqə müddətində qapılara qol vurulmayıb.
Nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2.
Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.