Bakıda yazılan tarix Tokioda təkrarlanıb - Tokio-2020 | Eurasia Diary - ednews.net

23 Sentyabr, Cümə axşamı

Bakıda yazılan tarix Tokioda təkrarlanıb - Tokio-2020

İdman A- A A+

Tokio-2020 Yay Olimpiya Oyunlarında maraqlı hadisə yaşanıb.

Eurasia Diary-nin məlumatına görə, eyni gündə tatamı üzərinə çıxan bacı və qardaş qızıl medal qazanıb.

Yarım saatdan az intervalla çempionluq yaşayan Yaponiya təmsilçiləri öz çəkilərində hegemonluğu davam etdiriblər. 21 yaşlı Uta Abe qadınların 52 kq, ondan üç yaş böyük olan Hifumi isə kişilərin 66 kq çəkidə hamıdan güclü olduğunu göstərib.

Bu, Abelərin eyni gündə çempionluq yaşadığı ilk hadisə deyil. Onlar üç il əvvəl də belə tarixi nailiyyət əldə edib. Bacı və qardaş Bakıda keçirilən dünya çempionatında qısa zaman kəsiyində iki finalda qalib olub.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...