Tokio-2020 - Azərbaycan millisinin 16 idmançısı mübarizəni dayandırıb | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Tokio-2020 - Azərbaycan millisinin 16 idmançısı mübarizəni dayandırıb

İdman A- A A+

Azərbaycan millisinin daha altı idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Eurasia Diary-nin məlumatına görə, onlardan beşi mübarizəyə yarışın 4-cü günündə qoşulanlar, biri isə bir gün öncə start verən idmançıdır.

Bunlar cüdoçu Rüstəm Orucov, taekvondoçular Fəridə Əzizova ilə Milad Beiqi Harçeqani, triatlonçu Rostislav Pevtsov, qılıncoynadan Anna Başta və stend atıcısı Emin Cəfərovdur. Onlardan heç biri günü medalla tamamlaya bilməyib. Bununla da Olimpiadada çıxışı yekunlaşan təmsilçilərimizin sayı 16-ya çatıb.

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
18. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finala yüksəlib
19. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala yüksəlib
20. Murad Fətiyev (cüdo, 81 kq)
21. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
22. Zelim Kotsoyev (cüdo, 100 kq)
23. Uşanqi Kokauri (cüdo, +100 kq)
24. İrina Kindzerskaya (cüdo, +78 kq)
25. Edi Reski Dviçahyo (badminton)
26. Anna Skidan (atletika, çəkicatma)
27. Nazim Babayev (atletika, üç təkanla tullanma)
28. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
29. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
30. Alfonso Dominqes (boks, 81 kq)
31. Turan Bayramov (sərbəst güləş, 74 kq)
32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
33. Elis Manolova (qadın güləşi, 68 kq)
34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)

Apasport.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...