Azərbaycan güləşçiləri mübarizəyə başlayır - Tokio-2020 | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Azərbaycan güləşçiləri mübarizəyə başlayır - Tokio-2020

İdman A- A A+

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

EDNews.net-in məlumatına görə, Olimpiadanın 11-ci günündə 22 dəst medal sahibini tapacaq.

Azərbaycan yığmasının da üç idmançısı mübarizə aparacaq. Onlardan güllə atıcısı Ruslan Lunyov ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Bir gün əvvəlki birinci təsnifat mərhələsində uğursuz olan Lunyov əvvəlcə final mərhələsinə vəsiqə qazanmaq üçün atəş açacaq. İdmançımız Tokioda son şansında “altılığ”a düşməyi bunu bacarsa, medal qazanmağa çalışacaq.

Bu gündən Tokio-2020-də güləşçilərimiz də mübarizəyə başlayacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov və qadın güləşçimiz Elis Manolova bir gün sonra baş tutacaq həlledici mərhələyə vəsiqəyə sahib olmağa çalışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

2 avqust
03:30. Güllə atıcılığı, kişilər. 25 m məsafədən pnevmatik tapança ilə atəş açma. İkinci təsnifat mərhələsi. Ruslan Lunyov
06:30. Güləş, yunan-Roma. 77 kq, 1/8 final. Rafiq Hüseynov – Aleks Kessidis (İsveç)
06:30. Güləş, qadınlar. 68 kq, 1/8 final. Elis Manolova – Blessinq Oborududu (Nigeriya)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...