Ermənini nokauta salan Məhər Əsədzadə Düşmənimi dəmir yumruqla məğlub etdim

İdman 14:30 06.09.2021

"Çox sevinirik. Çünki düşmənimizi məğlub etmişik. Dəmir yumruqları onların başının üstündən əksik etmədik".

EDNews.net xəbər verir ki, bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında I MDB Oyunlarındakı 1/4 final görüşündə Ermənistan təmsilçisi Alen İsraelyanı nokautla məğlub etmiş Azərbaycan tayboksçusu Məhər Əsədzadə (63,5 kq) deyib.

"İsraelyanla indiyədək heç vaxt üz-üzə gəlməmişdim. Bununla belə, qarşıma məqsəd qoymuşdum ki, düşmənimi mütləq məğlub etməliyəm. Özü də nokautla", - 19 yaşlı idmançı əlavə edib. Onun sözlərinə görə, MDB Oyunlarında əsas hədəfi qızıl medal olsa da, erməni rəqibini yenmək də ikinci planda olmayıb. Qalib idmançı döyüş vaxtı taktikasını məşqçisi Fəxri Əliyevin arxadan verdiyi tapşırıqlara uyğun qurduğunu diqqətə çatdırıb.

Əsədzadə yunan-Roma güləşçisi Rafiq Hüseynovun Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra "Mənim üçün rəqibin milliyyəti yox, onun üzərində qələbə önəmlidir" fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, rəqib düşmən ölkədəndirsə, onun cavabını elə düşmən kimi vermək lazımdır: "Cənab Prezidentin də dediyi kimi, dəmir yumruq öz yerindədir. Onların üzərindən dəmir yumruğu axıradək əksik etmək lazım deyil. Buna görə də mən qalib gəldikdən sonra addımladıb və üzümü zaldakı Azərbaycan bayrağına tərəf tutaraq, əsgər salamı verdim".

Milli komandanın baş məşqçisi Fəxri Əliyev isə bildirib ki, Əsədzadə idmanla məşğul olmağa 4 yaşından başlayıb: "Məhər Əsədzadə babasının adını daşıyır, şəxsi məşqçisi atası Vüqar Əsədzadədir. Hazırda Azərbaycanı muay-tayda təmsil edən yeganə beynəlxalq dərəcəli hakimdir. Məhər dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olub. Uşaq yaşlarında isə azyaşlılar arasında dünya çempionu adını qazanıb. Nailiyyətləri böyükdür, perspektivli, nəticə verən idmançılarımızdandır. Qarşıda bizi Polşada Avropa, Tailandda dünya çempionatı gözləyir. Əsədzadəni məhz bu nüfuzlu yarışlara hazırlayırıq".

Əliyevin sözlərinə görə, nokautla uduzduqdan sonra İsraelyanın halı çox pis olub: "Tayboksda fırlanaraq zərbə vurma fəndi var. Zərbəni bu cür zərbə ilə aldığından, o, gec ayılıb. Qarşılaşmadan 20 dəqiqə sonra təşkilatçılardan rəqibin vəziyyətini soruşduq. Cavab verdilər ki, necə vurmusunuzsa, hələ ayılmayıb, həkimlərin əlindədir. Hətta bu zərbənin onun karyerasını davam etdirməsinə problem yaratması da mümkündür".

Əsədzadənin növbəti görüşünü yarımfinalda rusiyalı Saveliy Doroqavtsevə qarşı keçirəcəyini deyən Əliyev onun üzərində də qələbə qazanacağına inam ifadə edib: "Məhər yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Amma biz onun qızıl medal qazanacağına inanırıq".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı