Konfrans Liqası: "Qarabağ" qələbəni əldən verdi

İdman 00:42 26.11.2021

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində V turun oyununu keçirib. 

EDNew.net-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib. Danimarkalı referi Morten Kroqun idarə etdiyi matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. "Köhlən atlar" ilk 15 dəqiqədə rəqibini təzyiq altında saxlayıb. Buna baxmayaraq, futbolçular çərçivəyə düşməkdə çətinlik çəkib. Əksərən sol cinahdan hücumlar quran "Qarabağ" rəqibə onların özlərinə aid hissədə pressinq tətbiq edib. 29-cu dəqiqədə Abdullah Zubirin zərbəsi toru yandan silkələyib. 34-cü dəqiqədə Filip Ozobiçin cəhdindən sonra qapıçı Fransis Uzoho topu tutub. 

Qonaqların qapıya doğru ilk zərbəsi 36-cı dəqiqəyə təsadüf edib. Nikolas Panayotu topu qapının üstündən vurub. İki dəqiqə sonra Ozobiçin fərqlənməsinə növbəti dəfə Uzoho imkan verməyib. 40-cı dəqiqədə isə İbrahima Vadji çərçivəyə düşə bilməyib. Əvəzində 43-cü dəqiqədə "Omoniya" hesabı açıb. Toral Bayramov əllə oynadığı üçün baş hakim penalti təyin edib. Mixal Düriş Şahruddin Məhəmmədəliyevlə dueldən qalib ayrılıb.  

İkinci yarı da Azərbaycan klubunun hücumları ilə start götürüb. 48-ci dəqiqədə Ozobiçin fərqlənməsinə növbəti dəfə qolkiper mane olub. Bir dəqiqə sonra komanda istəyinə çatıb və Paris Psaltisin avtoqolundan sonra qarşılaşmada tarazlıq bərpa olunub. 58-ci dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, top qapının yanından keçib. 65-ci dəqiqədə Filip Ozobiç topu qapıdan keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

Ardınca "Omoniya" azlıqda qalıb. Kiko ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə Kevin Medina başla fərqlənməyə yaxın olsa da, topu qapının yanından vurub. 83-cü dəqiqədə Ozobiç çətin vəziyyətdə olmasına rəğmən qapıya zərbə endirib, lakin top qapının üstündən keçib.

Ardıcıl hücumlar 88-ci dəqiqədə bəhrəsini verib. Patrik Andradenin zərbəsindən sonra "Omoniya"nın müdafiəçilərindən birinin ayağına dəyən top tora daxil olub. Lakin 90-cı dəqiqədə Jordi Qomes Şahruddin Məhəmmədəliyevin irəli çıxdığını görərək təqribən 55 metr məsafədən komandasının bərabərlik qolunu vurub. 

Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi eyni xala malik İsveçrə "Bazel"indən sonra 2-ci pillədə qərarlaşıb. Hər iki komandada top fərqi 5-ə bərabər olsa da, "Qarabağ" 1 top az vurduğu üçün mövqeyini itirib. "Omoniya" isə 3 xalla 3-cü sıradadır. H qrupunda son pillədə 1 xalla "Kayrat" qərarlaşıb. 

Beləliklə, qrup qalibinin adına dekabrın 9-da İsveçrədə "Bazel" və "Qarabağ" arasındakı görüşdə aydınlıq gələcək. Azərbaycan komandası yalnız qələbə sayəsində 1-ci yeri tutacaq.  

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı