Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
EDNews.net-in məlumatına görə, toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsinə aydınlıq gəlib.
Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.
Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.