“Beşiktaş”ın baş məşqçisi istefa verdi - ednews.net

28 Yanvar, Cümə

“Beşiktaş”ın baş məşqçisi istefa verdi

İdman A- A A+

“Beşiktaş” baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb.

EDNews.net-in məlumatına görə, 49 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Bu gün “ağ-qaralar”ın məşqindən əvvəl futbolçularla görüşən çalışdırıcı ayrıldığını açıqlayıb. Komandanı məşqə köməkçi-məşqçi Murat Şahin çıxarıb. Rəhbərliklə də görüşən Yalçın istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, ötən ilin yanvarında “Beşiktaş”ın sükanı arxasına keçən Sərgən Yalçın 2020/21 mövsümündə komandaya Türkiyə çempionluğunu qazandırıb.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...