“Aston Villa” Koutinyonu icarəyə götürdü - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Aston Villa” Koutinyonu icarəyə götürdü

İdman A- A A+

Aston Villa” “Barselona”dan yarımmüdafiəçi Filip Koutinyonu icarəyə götürüb.

29 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini Birmingem klubunda keçirəcək. “Aston Villa” 29 yaşlı futbolçunun maaşını qismən ödəyəcək.

“Barsa”nın mətbuat xidmətinin məlumatına görə, müqavilədə mövsümün sonunda oyunçunu almaq hüququ da öz əksini tapıb.

Braziliyalı hələ tibbi müayinədən keçməli və iş icazəsi almalıdır.

Qeyd edək ki, Koutinyo 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçib. 2019/20 mövsümündə braziliyalı icarə əsasında “Bavariya”da çıxış edib.

Bu mövsüm hücumameyilli yarımmüdafiəçi “Barsa”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib və 2 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...