Qalatsaray klubu rəsmi olaraq ABŞ-lı futbolçu Roselle Yedlin ilə yollarını ayırdığını açıqlayıb.
Ednews xəbər verir ki, açıqlamada klub rəsmiləri Yedlinlə bağladıqları müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiklərini bildiriblər. Bundan əlavə futbolçuya komandaya verdiyi töhfələrdən dolayı təşşəkkür edib və ona bundan sonrakı karyerasında uğurlar arzulayıblar.
Qeyd edək ki, 28 yaşlı DeAndre Yedlin klubla 2,5 illik müqavilə imzalamış və Qalatasaray forması geydiyi müddətdə 36 rəsmi matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdır.