Portuqaliya Qran-prisi: - Azərbaycan cüdoçusu finala yüksəlib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Portuqaliya Qran-prisi: - Azərbaycan cüdoçusu finala yüksəlib

İdman A- A A+
Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərindəki Qran-pridə mübarizəyə başlayıb.
 
Ednews Report-a istinanən xəbər verir ki, ilk yarış günündə 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.
 
1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib.
 
Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq, yarışla vidalaşıb.
 
Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə yanvarın 30-da qoşulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...