İtaliyanın "Fiorentina" komandasının futbolçusu Duşan Vlahoviç "Yuventus"a transfer edilib.
Ednews xəbər verir ki, serbiyalı hücumçu tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqaviləyə imza atıb.
Onun transferi Turin klubuna 75 milyon avroya başa gəlib. Belə ki, klub 22 yaşlı futbolçuya ilə 7 milyon avro ödəyəcək .
Qeyd edək ki, Duşan Vlahoviç "Fiorentina"ya 2018-ci ildə Serbiyanın "Partizan"klubundan keçib. O, bu mövsüm İtaliya A Seriyasında 21 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib.