"Qarabağ" dünya reytinqində 162-ci pillədə qərarlaşıb.
Ednews xəbər verir ki, məlumat Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, klub 200 komandanın yer aldığı siyahıda yeganə Azərbaycan təmsilçisidir. Komandanın aktivində 85,6 xal var.
Siyahıya 297 xalla Braziliya "Atletiko Mineyro"su başçılıq edir. Niderland "Ayaks"ı 292 xalla ikinci, Braziliyanın digər klubu "Palmeyras" 288 xalla üçüncü olub.
Qeyd edək ki, reytinq 1 fevral 2021-ci il - 31 yanvar 2022-ci il tarixlərini əhatə edib.