Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldonun oynadığı "Mançester Yunayted" klubu futbolçunun oğlu ilə rəsmi müqavilə bağlayıb.
Ednews xəbər verir ki, təqdimat mərasimindən görüntüləri Ronaldonun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb.
Həmin fotoda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. Kriştianinyo da atasının çıxış etdiyi nömrəni seçib.
Qeyd edək ki, o, daha əvvəl "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında klubu tərk edib.