Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə Avropa açıq turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.
Ednews xəbər verir ki, 60 kq çəki dərəcəsində final görüşündə cüdoçular Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev 66 kq çəkidə bürünc medal görüşünə çıxacaq. Rəqib ispaniyalı Karlos Sotilyo Qomes olacaq.