Rusiyalı iş adamı Roman Abramoviçin aktivləri bloklandığı üçün ödənişlərini həyata keçirə bilmədiyi və yaxın çevrəsindən pul istədiyi iddia edilib.
Ednews xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Abramoviç Hollivud və Uoll Stritdəki dostlarından işçilərinin maaşını verə bilməsi üçün 1 milyon sterlinq borc istəyib.
“Rush Hour” trilogiyası ilə məşhurlaşan Hollivud rejissoru Brett Ratnerin Abramoviçin pul istədiyi dostlarından biri olduğu, rus milyarderin bu səbəblə Rotşild ailəsi ilə də yaxınlaşdığı bildirilib.
Lakin qeyd edilib ki, hər iki tərəf beynəlxalq hüquq və pul böhranı səbəbilə Abramoviçə pul verməkdən imtina edib.