"Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.
Ednews xəbər verir ki, portuqaliyalı hücumçu 36 yaşdan sonra mövsüm ərzində 15 və daha çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.
37 yaşlı forvard buna evdə "Norviç"ə 3:2 hesabı ilə qalib gəldikləri XXXIII tur matçında het-trik etməklə nail olub.
Qeyd edək ki, Kriştiano Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir.
O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.