Şənbə günü Real Madrid klubu İspaniya klubuna qalib gələrək son üç il ərzində İspaniya La Liqasının ikinci titulunu qazandı.
Ednews xəbər verir ki, Tennis ulduzu Rafael Nadal matça fəxri startla başlayıb. Oyunçu Rodriqo ilk hissədə iki, Arensio və Benzema ikinci hissədə daha iki qol vurub. Real Madrid 4:0 hesabı ilə qalib gəlib və bununla da klub 35-ci liqa çempionluğunu qazanıb.
Ümumilikdə, Real Madrid bu il La Liqada yalnız 3 oyunda məğlub olmaqla, 25 oyun qazanıb.
Qeyd edək ki, Real Madridin meneceri və keçmiş AC Milan oyunçusu Karlo Ançelotti İngiltərə Premyer Liqası və Almaniya Bundesliqası kimi dörd fərqli liqadan titul qazandığı üçün ən uğurlu məşqçilərdən biri hesab olunur.
Nəzrin Beydiyeva